`Münaqişələrin hərbi yolla həlli yoxdur` - ATƏT sədri

`Münaqişələrin hərbi yolla həlli yoxdur` - ATƏT sədri
  12 Yanvar 2017    Oxunub:1693
ATƏT regionunda davam edən münaqişələrin hərbi yolla həlli yoxdur.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz ATƏT Daimi Şurasında Avstriya sədrliyinin prioritetlərindən danışarkən bildirib.

O, münaqişələrin həlli üçün siyasi yolla dialoqun vacibliyini vurğulayıb. Kurts, həmçinin qeyd edib ki, Avstriyanın ATƏT-də sədrliyi bu il KİV azadlığı, dini tolerantlıq, təşkilat daxilində əməkdaşlığın möhkəmləndirilməsi və s. inkişafının əldə olunmasına səy göstərəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti