Putin və Ərdoğan Əsədin taleyini müzakirə edib

Putin və Ərdoğan Əsədin taleyini müzakirə edib
  12 Yanvar 2017    Oxunub:1809
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı prezidentlər Astanada Suriya böhranı ilə bağlı danışıqlara hazırlıq üzrə birgə səyləri müzakirə ediblər. Liderlər Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hökuməti və müxalifəti arasında hərbi əməliyyatların dayandırılması barədə razılaşmaya riayət edilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, yanvarın 23-də Astanada Suriya münaqişəsi ilə bağlı danışıqlar keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti