Ermənistanda mətbuat azadlığına təzyiqlər artıb

Ermənistanda mətbuat azadlığına təzyiqlər artıb
  12 Yanvar 2017    Oxunub:1847
Ermənistanda insan hüquqları ilə yanaşı, mətbuat azadlığı sahəsində də vəziyyət pisdir. Jurnalistlər təqib olunur, mətbu orqanlar isə müxtəlif bəhanələrlə bağlanılır.
İrəvanda nəşr olunan “Çeç” qəzetinin baş redaktoru Marianna Qriqoryan hesab edir ki, Ermənistan cəmiyyətində media azadlığı sahəsində böyük problemlər mövcuddur. Ermənistan hökumətinin mətbuat azadlığı, demokratiya, insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Ölkədə addımbaşı jurnalistlərin hüquqları pozulur. Bu günlərdə “Çeç” qəzetinin satışına qadağa qoyulub. Bundan əvvəl daha iki qəzetin fəaliyyəti dayandırılıb.

Qəzetin elektron piarını Medialab saytı həyata keçirir. Artıq onlara da əməkdaşlığı dayandırmaq üçün xəbərdarlıq gəlib. Medialabın əməkdaşları ötən ilin avqustundan təqib olunduqlarını bildirirlər. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də vəziyyət dəyişməyib. Onlar İrəvan merinin qəzetin satışının dayandırılması ilə bağlı qərarını qanunsuz hesab edirlər. Bildirilir ki, Ermənistan hökuməti Avropa Şurası qarşısında söz azadlığının qorunmasına dair öhdəlik götürüb. Qurum hakim dairələrdən Ermənistanda KİV azadlığının səviyyəsinin qaldırılmasını dəfələrlə tələb edib. Lakin illərdir cəmiyyət bunun əksini müşahidə edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti