AzVision-dan KVN İttifaqına etiraz: Qondarma qurumun komandasını yarışdan uzaqlaşdırın!

AzVision-dan KVN İttifaqına etiraz: Qondarma qurumun komandasını yarışdan uzaqlaşdırın!
  12 Yanvar 2017    Oxunub:27511
Bəlli olduğu kimi, qondarma separatçı qurumun nəzarətində olan Xankəndi şəhərini təmsil edən “Duz-çörəklə” ("С хлебом и солью") KVN komandası Soçidə keçiriləcək “KiViN-2017” Beynəlxalq festivalına dəvət alıb.

Qarabağ komandasını festivala Beynəlxalq KVN İttifaqının prezidenti A.V.Maslyakov dəvət edib.

Bununla bağlı AzVision.az Maslyakova və Beynəlxalq KVN İttifaqına etiraz bəyanatı hazırlayıb. Sizi də etiraza qoşulmağa dəvət edirik.

Bəyanatda deyilir:

Azərbaycan tamaşaçısı KVN klubu qurulduğu gündən bəri onu böyük maraq və həvəslə izləyib. Azərbaycanın KVN komandaları müxtəlif çempionatlarda dəfələrlə qalib gəlib və bu dəyəri ölkəmizdə də yayıblar.

Amma əfsuslar olsun ki, bugünlərdə Rusiyanın Soçi şəhərində keçirilən “КиВиН – 2017” adlı 28-ci Beynəlxalq KVN Festivalına qondarma “Dağlıq Qarabağ Respublikası”nın təmsilçisi kimi qələmə verilən "С хлебом и солью" komandasının dəvət olunması Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edib və incidib. İnsanlar bu vəziyyəti qəbuledilməz sayır, KVN İttifaqına qarşı açıq narazılıqlar müşahidə olunur.

Aydın görünür ki, bu hal erməni separatçılarının Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribatıdır. Bu hadisə ilə beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Bilindiyi kimi, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünün ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən beynəlxalq təşkilatlar, ATƏT, onun Misk qrupu, o cümlədən, qrupun üzvü olan Rusiya, eləcə də BMT-yə üzv olan digər dövlətlər dəfələrlə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqlarını təsdiqləyən bəyanatlar veriblər.

Biz bu məsələ ilə bağlı KVN İttifaqına və onun prezidenti Aleksandr Maslyakova müraciət edərək, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasını və “С хлебом и солью” komandasının yarışdan dərhal kənarlaşdırılmasını xahiş və tələb edirik.

* * *

Etirazlarınızı şəxsən Maslyakovun özünə də ünvanlaya bilərsiniz: [email protected]
Həmçinin yazını paylaşarkən bu haştaqlardan istifadə etməniz xahiş olunur:
#юмор #квн #сочи2017 #кивин2017 #квн2017 #kvnofficial


Teqlər:  





Xəbər lenti