Rusiyadan əsgərimizin nəşinin qaytarılmamasına münasibət

Rusiyadan əsgərimizin nəşinin qaytarılmamasına münasibət
  12 Yanvar 2017    Oxunub:5021
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədində düşmənin təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan əsgərinin meyitinin qaytarılmaması məsələsinə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, iki ölkə bu çətin vəziyyəti həll etmək üçün özündə güc və müdriklik, diplomatik imkanlar tapmalıdır: "Bu insident Azərbaycanla Ermənistan arasında baş verib. Ölkələr bu çətin situasiyanı həll etməlidir. Problemin açarı hər iki tərəfin əlindədir".

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti