Tacikistan prezidenti oğlunu mer təyin etdi

Tacikistan prezidenti oğlunu mer təyin etdi
  12 Yanvar 2017    Oxunub:2578
Tacikistan prezidenti İmomali Rahmon oğlu Rustam Rahmonu Düşənbə şəhərinin meri təyin edib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, mer funksiyalarını icra edən Məhməsəid Ubaydullayev isə Tacikistan parlamentinin üst palatasının sədri təyin olunub.

Rustam Rahmon bundan öncə ölkənin Korrupsiya ilə Mübarizə Milli Agentliyinin sədri olub.

Qeyd edək ki, ötən il prezident öz qızı Ozodə Rahmonu Tacikistan dövlət başçısı administrasiyasının rəhbəri təyin edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti