Obama vitse-prezidenti ağlatdı - (VİDEO)

Obama vitse-prezidenti ağlatdı - (VİDEO)
  13 Yanvar 2017    Oxunub:4273
ABŞ prezidenti Barak Obama vitse-prezident Co Baydeni ölkənin ən yüksək mükafatı olan “Prezidentin Azadlıq Medalı” ilə təltif edib.

AzVision.az-ın məlumatına görə, Obama onun ölkə qarşısındakı xidmətlərinə görə mükafatlandırıldığını bildirib.

Obama təqdimat mərasimində vurğulayıb ki, Baydenin amerika xalqına olan inancı, ölkəsinə olan bağlılığı və sevgisini hələ neçə nəsillər xatırlanacaq: “Əgər Baydenə heyran deyilsəniz, deməli probleminiz var. O, tanrının yaratdığı ən yaxşı insanlardan biridir”.

Obamanın çıxışı Baydeni kövrəldib. O, göz yaşlarını saxlaya bilməyib. Çıxışında deyib ki, belə bir yüksək mükafata layiq görüləcəyini heç vaxt ağlına gətirməyib.







Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti