Miqranta badalaq gələn jurnalist cəzalandırıldı - Video

Miqranta badalaq gələn jurnalist cəzalandırıldı - Video
  13 Yanvar 2017    Oxunub:1676
Macarıstan-Serbiya sərhədində polisdən qaçmağa çalışan suriyalı miqranta badalaq vuran qadın operator Petra Laslo cəzalandırılıb.
AzVision.az xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə Petra Laslo 3 il müddətə şərti olaraq azadlıqdan məhrum edib.

Qeyd edək ki, Macarıstanın “N1TV” kanalının operatoru polisdən əlində uşaqla qaçan suriyalı qaşqın ataya badalaq gəlib və o, yerə yıxılıb. Bu insidentin qeydə alındığı video kadrlar böyük qəzəbə səbəb olub. Nəticədə badalaq gəlmiş Petra Laslo üzr istəyib. “N1TV” kanalı isə əməkdaşının hərəkətini qəbuledilməz adlandırıb və daha sonra onu işdən azad edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti