Çin Trampı müharibə ilə hədələyir – GƏRGİNLİK ARTIR

  13 Yanvar 2017    Oxunub : 7422
Çin Trampı müharibə ilə hədələyir – GƏRGİNLİK ARTIR
Amerika Cənubi Çin dənizindəki adalara girişi bağlamağa cəhd göstərsə, Trump Pekinlə genişmiqyaslı müharibə riski ilə üzləşə bilər. Bunu iddia edən Çinin dövlət mediasına görə, əsləndirilən bəyanatlar həqiqətən də ABŞ siyasətinin prioritetinə çevriləcəksə, yaxşı olar ki, tərəflər indidən müharibəyə hazırlaşsınlar.

Qeyd edək ki, Çin Cənubi Çin dənizində istehkamlar və süni adalar inşa edib. ABŞ-ın yeni dövlət katibi Rex Tilerson (Rex Tillerson) isə deyib ki, “ABŞ Çinin sözügedən adalara girişinə icazə verməyəcək”.

Çinin dövlət mediası Reks Tilersonun bu bəyanatını onun məlumatsızlığı ilə əlaqələndirib: “Onun hədələri ciddiyə alınası deyil. Söylədikləri köhnə mühakimələr, qeyri-real siyasi fantaziyalar yığınıdır və göstərir ki, o, səriştəsizdir, uzaqgörən deyil. Dediklərini real həyatda gerçəkləşdirməsi fəlakət olar”.

Çin demək olar ki, bütün əraziyə iddia edir. Bu məsələdə Çin həm də Tayvan və beş cənub-şərqi Asiya qonşusu ilə rəqabət aparır.

Rex Tilerson, Çinin adalar inşa etməsini “Rusiyanın Krımı ələ keçirməsi” ilə eyniləşdirir. O, adalara girişin hansı yolla qadağan ediləcəyi barədə heç bir açıqlama verməsə də, ekpertlər bunun hərbi güc vasitəsilə həyata keçiriləcəyini deyirlər.

Kommunistlərin “Global Times” qəzeti də müharibənin mümkünlüyü barədə yazılar dərc edir. Məqalələrin birində qeyd olunur ki, “Tilerson böyuk nüvə gücü sahibini öz ərazilərindən çıxarmaq istəyirsə, yaxşı olardı ki, nüvə strategiyasını nəzərdən keçirsin... Çin, Tilersonun çıxardığı hoqqaların uğursuz nəticələnəcəyindən kifayət qədər əmindir. Əgər Vaşinqton Çinin adalara girişinə mane olmaq istəyirsə Cənubi Çin dənizində genişmiqyaslı müharibədən savayı çıxış yolu yoxdur. İstənilən başqa plan boş və mənasız olacaq. Ya müharibə etməlidir, ya da heç nə...”



Qeyd edək ki, Barak Obamanın dövründə, ABŞ istənilən mülkiyyəti tanımamaqla müstəqillik iddialarına neytral yanaşırdı, lakin bəzən Çinin hərbi gəmilərini adalara keçirməklə əraziyə nəzarətinə göz yummalı olurdu. Bunu “naviqasiya təlimləri azadlığı” adlandıraraq, neytrallığını qoruyurdu.

Əgər Obama daha ixtilaflı siyasət yürütsəydi və ya onsuz da Çinin nəzarəti altında olan adalara girişə etiraz etsəydi, Çinlə ABŞ arasında dağıdıcı qarşıdurmaya zəmin yaradardı,- deyə, China Daily yazır.

Yeni prezident Donald Trampın da Tilersonla eyni fikirləri paylaşması ilə bağlı siqnallar gəlməkdədir. Çox güman ki, onlar bu fikirləri özləri ilə Ağ Evə daşıyacaqlar.



Dekabrda Fox News-a müsahibəsində Tramp “Cənubi Çin dənizinin ortasında böyuk qalalar qurmağa son qoyun…” deyərək, Çinə xəbərdarlıq ünvanlamışdı. Bundan başqa, Trampın yeni yaradılmış milli ticarət şurasının başına gətirdiyi Piter Navaro (Peter Navarro) Çinə qarşı düşmən münasibəti bəsləyir və hər cəhdlə yeni prezidenti regionda “zor bahasına sülh siyasəti” yürütməyə cəsarətləndirir.

Navarronun sözlərinə görə, Pekin Cənubi Çin dənizində 12 min kvadrat kilometr uzunluğunda süni adalar yaradıb və bununla müharibəyə zəmin yaradıb.

Səbinə Həsənova
AzVision.az

Teqlər: