Obamadan Putin və Ruhaniyə son zərbə

Obamadan Putin və Ruhaniyə son zərbə
  14 Yanvar 2017    Oxunub:7244
Amerika Birləşmiş Ştatlar İran, Rusiya, Kuba və Venesuelaya qarşı sanksiyaların müddətini 1 il müddətinə uzadıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Barak Obamanın qəbul etdiyi qərarlarda bildirilib.

Obama Konqres rəhbərlərinin adına yazdığı məktubda Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını Krımın işğalı və Ukraynanın şərqindəki vəziyyətlə izah edib.

İranla bağlı məktubda isə "bu ölkə hökumətinin müəyyən siyasət və hərəkətləri ABŞ-ın regiondakı maraqlarına ziddir və Birləşmiş Ştatların milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhlükə kəsb etməkdə davam edir". – deyə qeyd edilib.

Bundan əlavə, ABŞ rəhbərliyi Venesuela, Kubaya qarşı da sanksiyaların daha bir il müddətinə uzadılmasına dair qərar qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti