Obama Trampı çay süfrəsinə dəvət edib

  14 Yanvar 2017    Oxunub : 891
Obama Trampı çay süfrəsinə dəvət edib
Yanvarın 20-də Ağ Evdəki kürsüsünü tərk edəcək Barak Obama ABŞ-ın yeni seçilmiş Prezident Donald Trampı çay süfrəsinə dəvət edib.
“RİA Novosti” xəbər verir ki, dəvət yanvarın 20-də andiçmə mərasimindən əvvəl baş tutacaq.

Sonra onlar birlikdə konqresə gedəcəklər və orada Trampın andiçmə mərasimi keçiriləcək.

AzVision.az

Teqlər: