7 ayda 48 uşaq həyatını itirib

7 ayda 48 uşaq həyatını itirib
  21 Avqust 2013    Oxunub:913
Bu ilin ilk 7 ayında ölkə ərazisində baş verən yol qəzalarında 636 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, cari ilin 7 ayında respublikada 1608 yol qəzası qeydə alınıb, 636 nəfər ölüb, 1736 nəfər xəsarət alıb.

Hesabat dövründə piyadaların vurulması ilə nəticələnən 615 yol qəzası qeydə alınıb. Nəticədə 218 nəfər ölüb, 454 nəfər yaralanıb.

Cari ilin 7 ayında baş verən yol qəzalarında 48 uşaq ölüb, 156 uşaq xəsarət alıb.

K. Əliyev həmçinin qeyd edib ki, hesabat dövründə 51 sərxoş sürücü yol qəzası törədib. Nəticədə 22 nəfər ölüb, 67 nəfər yaralanıb.

Hesabat dövründə baş verən yol qəzalarının ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzaları 59, ölənlərin sayı 46, yaralıların sayı isə 71 fakt azalıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti