Həbsxanada qiyam qalxdı - 30 ölü (Yenilənib)

Həbsxanada qiyam qalxdı - 30 ölü (Yenilənib)
  16 Yanvar 2017    Oxunub:3578
Braziliyanın şimalında yerləşən Riu-Qrandi-du-Norti ştatının həbsxanasında baş verən qiyam zamanı ən azı 30 nəfər ölüb.
AzVision.az xarici KİV-əistinadən xəbər verir ki, insidentin səbəbi məlum deyil. Ölənlərin sayının artacağı istisna edilmir.

Bundan əvvəl 10 nəfərin öldüyü, onlardan üç nəfərinin başının kəsildiyi xəbər verilmişdi.

***
(10:46)

Braziliyanın Natal şəhərində yerləşən həbsxanada qiyam olub.

AzVision.az "RİA Novosti"yə istinadən bildirir ki, qiyam nəticəsində 10 nəfər ölüb. Onlarla insanın yaralandığı deyilir.

Məlumata əsasən, qiyam iki qruplaşma arasında baş verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti