Hindistanda qayıq batıb: 26 nəfər ölüb

Hindistanda qayıq batıb: 26 nəfər ölüb
  15 Yanvar 2017    Oxunub:1593
Hindistanda Qanq çayında qayığın batması nəticəsində həlak olanların sayı 26-ya yüksəlib.

“France-Press” agentliyinin yaydığı məlumata görə, hadisə şənbə günü axşam Qanq çayının Bihar ştatı ərazisindən keçən hissəsində, Patna şəhəri yaxınlığında baş verib. Xilasedicilər gecə 22 cəsədi sudan çıxarıblar. Bu səhər isə daha 4 nəfərin cəsədi tapılıb.

Məlumata əsasən, 30 nəfər üçün nəzərdə tutulan qayığa 50-dən çox insan minib. Çaya düşənlərdən 10-12 nəfəri üzərək sahilə çıxa bilib. Daha 8 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti