`Trampın bu addımı təxribatdır` - Fransa XİN

`Trampın bu addımı təxribatdır` - Fransa XİN
  15 Yanvar 2017    Oxunub:2065
Fransanın xarici işlər naziri Jan-Mark Eyro ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətini təxribat adlandırıb və bildirib ki, hadisələrin bu cür inkişafı ən ağır nəticələrə gətirib çıxaracaq.

AzVision.az xəbər verir ki, XİN rəhbəri bu haqda “France-3” telekanalının efirində deyib.

Jan-Mark Eyro vurğulayıb ki, ABŞ-da bu məsələ ilk dəfə deyil gündəmdədir: “Ancaq hələ heç bir ABŞ prezidenti bu və ya digər məqamda belə bəyanatlar verməsinə baxmayaraq, bu barədə qərar qəbul etmək mərhələsinə getməyib”.

AzVision.az


Teqlər:





Xəbər lenti