Rusiyalı diplomatın ölümündə ABŞ izi - Şok faktlar

Rusiyalı diplomatın ölümündə ABŞ izi - Şok faktlar
  16 Yanvar 2017    Oxunub:8423
ABŞ xüsusi xidmət orqanları rusiyalı diplomatı sabiq baş nazir Yevgeni Primakova dərman alarkən əməkdaşlığa cəlb etməyə çalışıb.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində deyib.

Zaxarovanın sözlərinə görə, vaxtilə Primakovun müalicəsi üçün ABŞ-da satılan dərmana ehtiyac olub. Bu məqsədlə ABŞ-dakı Rusiya diplomatlarından birinə dərmanı alması üçün tapşırıq verilib və sabiq baş nazirin ailəsinin, dostlarının topladığı 10 min dollar ona göndərilib.

"Bütün rəsmi proseduralara əməl olunub, lazımi arayış və reseptlər yazılıb. Diplomat aptekə daxil olan zaman ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları yaxınlaşaraq onu mobil rabitənin çalışmadığı zirzəmiyə aparıblar və bir saat ərzində onunla söhbət ediblər. Bu söhbət adi söhbətdən çox, diplomatı onlara işləməyə razı salmaq cəhdinə bənzəyib. Diplomatı dərmanların qanunsuz dövriyyəsində ittiham etməklə qorxutmağa çalışıblar. Bundan sonra dərman diplomatdan alınıb və pul da ona geri qaytarılmayıb”.

Zaxarava qeyd edib ki, ABŞ dövlət katibi Con Kerri hadisəni qəbuledilməz adlandırmış və dərmanın Rusiyaya çatdırılması üçün əllərindən gələni edəcəklərini söyləmişdi.

"Təəssüf ki, çox vaxt itirildi", - deyə XİN nümayəndəsi bildirib.

Qeyd edək ki, Yevgeni Primakov 2015-ci ilin iyunun 26-da dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti