4 partiya İbrahimbəyova qarşı

4 partiya İbrahimbəyova qarşı
  21 Avqust 2013    Oxunub:966
“Milli Şuraya hələ konsepsiya gəlməyib ki, fövqəladə sessiya keçirilsin”.

Bu sözləri AzVision.az-a açıqlamasında Milli Şura üzvü Eldəniz Quliyev şuranın bu gün sessiyasının keçirilib-keçirilməməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sessiyanın bu gün keçirilməsi qeyri-dəqiqdir.

“Bəzi partiya liderləri bu sessiyanın baş tutmasını istəmirlər. Müəyyən bir razılıq olmalıdır ki, sessiya baş tutsun. Bu dörd partiya namizədlik məsələsində razılığa gəlməsə, növbəti sessiyanın keçirilməsinin əhəmiyyəti itir, orada mübahisə olacaqsa, sessiyanın nə mənası? Bizim vahid namizəd, eləcə də Milli Şuranın sədri var. Hesab edirəm ki, sədrin təkliflərinə kifayət qədər ciddi və hörmətlə yanaşılmadı. Həmin bu dörd partiya bir sıra arqumentləri əsas gətirərək, sessiyada iştirak etmək istəmirlər”.

Qeyd edək ki, Milli Şuranın bu gün növbədənkənar sessiyasının keçirilməsi planlaşdırılır. Ancaq Milli Şuranın sonuncu sessiyasında ikinci vahid namizədin seçilməsi qərarı ilə razılaşmayan ACP, ALP, KXCP və “El” hərəkatı bu sesiyanın keçirilməsi ilə razı deyil.

Nihadə


Teqlər:  





Xəbər lenti