`Ermənistanda polis zorakılığı cəzasız qalıb` - Human Rights Watch

`Ermənistanda polis zorakılığı cəzasız qalıb` - Human Rights Watch
  16 Yanvar 2017    Oxunub:2439
Ermənistanda etirazçılara qarşı tətbiq edilən zorakılıqlar hələ də cəzasız qalır. Bu haqda “Human Rights Watch” insan hüquqları təşkilatının 2017-ci il yanvarın 12-də nəşr edilmiş Qlobal hesabatında deyilir.

“Human Rights Watch”-ın 687 səhifədən ibarət olan Qlobal hesabatının 27-ci nəşrində 90-dan çox ölkəsdə insan hüquqlarının vəziyyətinə diqqət yetirilib. Başlanğıcda inzibati direktor Kennet Rot avtoritar populistlərin yeni nəslinin hüquqlara, əksəriyyətin iradəsinə bir maneə kimi baxmaqla insan hüquqları ideyasını devirməyə çalışmasını bildirir.

Hesabat daxilində 2016-cı ilin iyul ayında Ermənistan güc strukturlarının dinc nümayişçilərə qarşı güc tətbiq etməsi və nümayişi işıqlandıran jurnalistlərin də eyni aqibəti yaşadığı göstərilib. Nəticədə, Ermənistan hakimiyyət orqanları qanunsuz olaraq etiraz aksiyasında rəhbərlik edən təşkilatçılara və iştirakçılara qarşı qeyri-qanuni cinayət işi təqdim etməklə, saxlanılan şəxsləri həbs ediblər.

“Altı ay keçib biz hələ gözləyirik ki, iyulda baş vermiş etiraz aksiyaları zamanı öz səlahiyyətlərindən sui-istifadə etmiş hüquq mühafizə orqanlarını məsuliyyətə cəlb ediləcəklər”- Human Rights Watch təşkilatının Cənubi Qafqaz məsəsləri üzrə direktoru Georqi Qoqian deyib.

“Hakimiyyət orqanları çoxsaylı etirazçıların təqibi məsələsində intiamsız polisə qarşı eyni şiddətlə etibarlı istintaq və müvafiq məhkəmənin həyata keçirilməsini ləngidirlər”.

Belə ki, “Sasna Tsrer”in İrəvan Post Patrul alayını tutulmasından 31 iyula kimi, yəni silahların təhvil verilməsinə qədər, onlar üçün erməni ictimaiyyətinin dəstəyi və hakimiyyət orqanlarından narazılıq daha geniş etiraz hərəkatına səbəb oldu. Hərəkatın daha da genişlənməsindən qorxuya düşən polisin reaksiyası kəskin oldu.

İyulun 29-da polis ələ keçirilən alayın yaxınlığında toplanan dinc kütləyə qarşı səs bombasından istifadə etdi. Nəticədə etirazçılar və jurnalistlər birinci və ikinci dərəcəli yanıq və qəlpə xəsarətləri aldılar. Polis və onlarla işləyən naməlum mülki geyimli insanlar etirazçıların üzərinə yumruq, ayaq zərbələri ilə, taxta və dəmir alətlərlə hücum etməklə etirazçıları döydülər və bir çoxlarını həbs etdilər.

İyul və avqustda Ermənistan hakimiyyət orqanları yenidən etiraz aksiyaları ilə əlaqəli olan onlarla insanı qanunsuz olaraq həbs etdilər. Hakimiyyət orqanları İrəvan polis rəisini "etirazçılar və jurnalistlərə qarşı zorakılığın qarşısını almadığı" üçün işdən azad etdi.

Yüngülvari töhmətlərə baxmayaraq, hər hansı bir rəsmi şəxsə qarşı heç bir cinayət işi açılmayıb. Nəhayət, dekabr ayında Ermənistan prezidenti Serj Sarkisyan İrəvanın polis rəis müavininin “ictimai qaydanın əla qorunması” üçün qızıl medalla təltif etdi. Xatırladaq ki, həmin şəxs iyulun 29-da etirazçılara qarşı həyata keçirilən polis əməliyyatlarında iştirak edib.

Çoxsaylı etirazçılara və təşkilatçılara qarşı cinayət işi hələ də davam edir. Hazırda, ən azı yeddi nəfər bir ildən üçü ilə qədər və yarım il müddətinə həbs cəzasına məhkum edilib, onlardan biri isə cərimələnib. Ən azı beş nəfər müvəqqəti həbs edilib ki, onlardan da yalnız biri pul cəzası alıb.

Georqi Qoqian Ermənistan hakimiyyətini ictimaiyyətə və jurlastlərə qarşı güc tətbiq etmiş polislərin məsuliyyətə cəlb edilməsini tələb edir.

“İctimai inamı bərpa etmək üçün, polis zorakılığına görə hesabat vermək vacibdir. Bu vəziyyətdə insanlar hiss edirlər ki, Ermənistan höküməti onların narahatlıqlarına qulaq asmır”.

Daha sonra, təşkilatın hesabatında, Ermənistanda insan hüquqlarının digər ciddi problemlərini, məişət zorakılığı, cinsi oriyentasiya, gender şəxsiyyəti üzərinə əsaslanan zorakılıq, ağrıkəsici dərmanların mövcudluğunun hədsiz məhdudiyyətləri, o cümlədən kritik xəstəlikləri olan isanlar üçün ayrı seçkiliyin olması açıqlanıb.

Şahin Qocayev
AzVision.az


Teqlər:  





Xəbər lenti