Tramp avropalı rəsmləri səhv saldı

Tramp avropalı rəsmləri səhv saldı
  16 Yanvar 2017    Oxunub:2210
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp "Bild" qəzetinə müsahibəsi zamanı Avropa İttifaqının (Aİ) sədri Donald Tuskla Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri səhv salıb.
AzVision.az-ın məlumatına görə, Tramp müsahibəsində bildirib: "Mən Avropa İttifaqının rəhbəri ilə danışdım".

Bu an müxbir dəqiqləşdirmək istəyib: "Cənab Yunkerlə?"

Yeni Prezident cavabında vurğulayıb: "Bəli. O məni qələbə münasibətilə təbrik etmək üçün zəng etdi".

Qeyd edək ki, Trampla Yunker arasında telefon danışığı olmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti