Türkiyədəki partlayışda ölü sayı artıb - Video (Yenilənib)

Türkiyədəki partlayışda ölü sayı artıb - Video (Yenilənib)
  17 Yanvar 2017    Oxunub:9422
Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb.

Son məlumatlara görə, partlayış nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

***

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda yol kənarında quraşdırılmış partlayıcı polis avtomobili keçərkən işə salınıb.

AzVision.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, PKK terrorçularının törətdiyi partlayış nəticəsində 3 polis şəhid olub, 3-ü isə yaralanıb.

Hüquq-mühafizə orqanları terror aktı ilə bağlı təhqiqata başlayıb.



***
(18:35)

Türkiyənin Diyarbakır bölgəsində partlayış baş verib.

AzVision.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Dəclə Unversitetinin yanında baş verib.

PKK-lı terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğu polis texnikasının hərəkəti zamanı işə düşüb. Partlayış nəticəsində 1 polis şəhid ölüb, 9-u yaralanıb.

Eyni zamanda PKK terror təşkiları tərəfindən Şırnak şəhərinin Dəclə məhəlləsində kanalizasiya xəttindən yerləşdirilən əldəqayırma partlayıcı qurğu işə düşüb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti