Bakıdan İslamabada birbaşa aviareys açılır
Onun sözlərinə görə, aviareysin gələn il açılması planlaşdırılsa da, hər iki tərəf aviareysin tez bir zamanda açılmasını istəyirlər: “Bu məsələ gündəmdədir. Lakin reyslərin hansı şirkət tərəfindən və hansı şəhərlər arasında olacağı barədə məsələlər müzakirələrin sonunda həllini tapacaq”.
Ç. Qəribli vurğulayıb ki, marşrut ilə bağlı hazırda bir neçə alternativ variantlar nəzərdən keçirilir: “Reysin iqtisadi cəhətdən rentabelliyi üçün Bakıdan tranzit kimi istifadə edilməsi gözlənilir. Məsələn, İslamabaddan Avropanın şəhərlərinin birinə uçan təyyarənin Bakıda enməsini, sonra isə öz yoluna davam etməsini planlaşdırırıq. Bununla bağlı görüşlər davam edir, müzakirələr gedir”.(apa)
Teqlər: