Azərbaycan Rusiya, Türkiyə və İranı qabaqladı - İnkişaf reytinqi

Azərbaycan Rusiya, Türkiyə və İranı qabaqladı - İnkişaf reytinqi
  17 Yanvar 2017    Oxunub:3637
Azərbaycan Ümumdünya İqtisadi Forumu (UİF) tərəfindən hazırlanan inkişaf etməkdə olan ölkələrin reytinqində ikinci yeri tutub.

AzVision.az xəbər verir ki, bu barədə UİF-in saytında yerləşdirilən “2017-ci il hərtərəfli artım və inkişaf” adlı hesabatda bildirilir.

Hesabat müəllifləri qeyd edirlər ki, reytinq hazırlanarkən əsas diqqət ayrı-ayrı ölkələrin iqtisadi inkişafı ilə əhalinin inkişafını təmin edən sosial durum arasındakı nisbət nəzərdə tutulub.

UİF-in versiyasına görə, inkişaf etməkdə olan ölkələrin siyahısında ilk üçlükdə Litva, Azərbaycan və Macarıstan qərarlaşıb. Bu arada Litva və Azərbaycanın reytinq balı eyni, yəni 4,73-dür.

Siyahıda Rusiya 13-cü, Türkiyə 20-ci, İran 21-ci, Gürcüstan 31, Ermənistan isə 50-ci pillədə yer alıb.

Reytinq siyahısı ilə BURADAN tanış ola bilərsiniz.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti