Suriyada daha 20 terrorçu məhv edilib

Suriyada daha 20 terrorçu məhv edilib
  17 Yanvar 2017    Oxunub:1691
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 20 üzvü zərərsizləşdirilib, 116 hədəfi məhv edilib.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab şəhərində aparılıb.

Eyni zamanda əməliyyatın başladığı 147 gün ərzində 2 min 941 ədəd əl istehsalı partlayıcı və 43 min ədəd uzaqdan idarə edilən partlayıcı qurğu məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti