Azərbaycan iki ölkədə səfirlik açıb
XİN-dən bildirilib ki, ötən il Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikası və İraq Respublikasında səfirlikləri, Avstraliya İttifaqının Pert şəhərində isə fəxri konsulluğu açılıb.
Bununla yanaşı, Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri eyni zamanda Cibuti Respublikası, Keniya Respublikası və BMT-nin Nayrobidəki Bölməsində, Azərbaycan Respublikasının Malayziyadakı səfiri eyni zamanda Tailand Krallığında akkreditə olunub.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: