İbrahimbəyov Rəsul Quliyevlə danışdı
Bu barədə Avrasiya.net-ə ACP-dən məlumat verilib. Məlumatda deyilir ki, danışıqda əsasən Milli Şuranın vahid namizədinin kimliyi müzakirə olunub. R.Quliyev İbrahimbəyova təklif edib ki, Müsavat başqanı İsa Qəmbər və və AXCP sədri Əli Kərimlinin namizədliyinin səsə qoyulmasına maneə yaradılmalıdır.
R.Quliyevin təklifi ilə namizəd bitərəflərdən biri olmalıdır. Onun fikrincə Rafiq Əliyev daha şanslıdır. R.İbrahimbəyov isə eks-spikerin təklifi ilə razılaşdığını və Milli Şuradakı yaxınları ilə bu barədə məsləhətləşəcəyini söyləyib.