İran Suriya danışıqlarında ABŞ-ın iştirakını istəmir

İran Suriya danışıqlarında ABŞ-ın iştirakını istəmir
  18 Yanvar 2017    Oxunub:1485
Rəsmi Tehran Astanda yanvarın 23-də keçiriləcək Suriya danışıqlarında ABŞ-ın iştirakına qarşı çıxıb.

RİA Novosti-nin istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Cavad Zərif bildirib.

“Biz ABŞ-ın danışıqlarda iştirakının əleyhinəyik. Biz ABŞ-ı dəvət etməmişik və onun iştirakına qarşıyıq”,- deyə Zərif bildirib.

Qeyd edək ki, danışıqlar Rusiya-İran-Türkiyə üçtərəfli formatda keçiriləcək.Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriya nizamlanmasında bu cür formatın səmərəliliyini qeyd edib, lakin bölgədə ABŞ kimi qlobal oyunçuların maraqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti