ADP-nin seçkidə iştirakı sual altındadır

ADP-nin seçkidə iştirakı sual altındadır
  21 Avqust 2013    Oxunub:1027
Partiya Milli Şuranı və hazırda ölkə xaricində olan Sərdar Cəlaloğlunu gözləyir
Ölkənin aparıcı müxalif qurumlarından olan Demokrat Partiyası 9 oktyabr prezident seçkisində iştirak formasını hələ də müəyyənləşdirməyib.

Partiya sədrinin müavini Nurəddin İsmayılov deyib ki, müxalif Milli Şuranın seçkidə hansı formada iştirak edəcəyini gözləyirlər.

Nurəddin İsmayılovun sözlərinə görə, partiyanın sədri Sərdar Cəlaloğlunun hazırda ölkədə olmaması da məsələyə təsir göstərir: “Sərdar bəy iki-üç günə gələcək. O zaman seçki ilə bağlı qərar verilməsi gözlənir”.

“...gözləmə mövqeyindəyik”-deyə N. İsmayılov bildirib.


Teqlər:  





Xəbər lenti