`Andiçməyə gəlmirsinizsə, biletləri qaytarın` - Tramp

`Andiçməyə gəlmirsinizsə, biletləri qaytarın` - Tramp
  18 Yanvar 2017    Oxunub:3515
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp bəyan edib ki, onun inauqurasiyasını boykot etmək istəyən şəxslər biletləri qaytarmalıdır.

AzVision.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Andiçməyə gəlməyəcək şəxslərlə bağlı məsələ normaldır, çünki bizə bilet çox lazımdır. Ümid edirəm ki, onlar biletlərimizi qaytaracaqlar", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının Demokrat Partiyasınln 30-dan çox üzvü Trampın andiçmə mərasimini boykot etmək niyyətindədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti