`CinemaPlus Azerbaijan`da “Kino gecəsi” keçirilib – Foto (Video)

`CinemaPlus Azerbaijan`da “Kino gecəsi” keçirilib – Foto (Video)
  18 Yanvar 2017    Oxunub:2636
“CinemaPlus Azerbaijan”da yanvarın 13-dən 14-nə keçən gecə “Kino gecəsi” tədbiri keçirilib.
AzVision.az xəbər verir ki, saat 23:30-dan səhər saat 6:00-dək qonaqlara “Bəd Santa 2”, “Yolkalar 5” və “Haşhaşilərin kredosu” filmləri nümayiş olunub.

Kinoteatrda musiqi müşayiəti ilə yeni il ab-havası var idi. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunub.

Tədbirin təşkilində dəstək olmuşdur: dublyaj redaksiyası Cinemazadeh, Özsüt restoranlar şəbəkəsi, Red Bull, Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi, Papa Johns Pizza Azerbaijan və Baltika-Baku pivə zavodu.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.





















Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti