Azərbaycanda yeni zavod tikilir

Azərbaycanda yeni zavod tikilir
  21 Avqust 2013    Oxunub:1521
"Baku Steel Company" MMC ilə Almaniyanın "Siemens VAI" şirkəti arasında Hövsan limanında yeni metallurgiya zavodunun tikilməsi ilə əlaqədar müqavilə imzalanıb. Bu barədə müəssisənin rəhbəri Rasim Məmmədov məlumat verib.

Dəyəri 100 milyon avro olan müqavilənin şərtlərinə görə, dünyanın ən qabaqcıl texnologiyalarına əsasən tikiləcək zavodda fasiləsiz tökmə maşınından istifadə ilə illik istehsal gücünün 750 min tona çatdırılması nəzərdə tutulur. Hövsan Metallurgiya Zavodunda 130 mm - 260 mm ölçülü kvadrat pəstahlarının, eləcə də gələcəkdə "Azərboru" ASC-də xammal kimi istifadə olunacaq, diametri 110 - 350 mm olan boru pəstəhlarının istehsalı planlaşdırlır.

Məmmədovun sözlərinə görə, zavodun istismara verilməsi mindən çox iş yerinin açılmasına imkan verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti