Baş qərargah rəisi yol qəzasında öldü

Baş qərargah rəisi yol qəzasında öldü
  19 Yanvar 2017    Oxunub:36597
Tacikistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş qərargah rəisi general-mayor Zərif Bobokalonov bu gün axşam saatlarında avtomobil qəzasında dünyasını dəyişib.

AzVision.az "İnterfax"-a istinadla xəbər verir ki, qəza Düşənbənin mərkəzində, qərargah rəisi evinə gedərkən baş verib.

Bildirilib ki, avtomobilin sükanı arxasında Zərif Bobokalonov özü olub. İlkin versiyaya görə, kəskin ürəktutması keçirən generalın avtomobili başqa maşınla toqquşub.

Qeyd edək ki, 46 yaşlı Zərif Bobokalonov bu vəzifəyə 2014-cü il yanvarın 18-də təyin edilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti