Trampa etiraz edənlərə hər ay pul veriləcək - KİV

Trampa etiraz edənlərə hər ay pul veriləcək - KİV
  19 Yanvar 2017    Oxunub:2134
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın əleyhinə kütləvi aksiyalarda iştirak edənlərə ayda 2,5 min dollar pul vəd edilib.

Bu barədə "The Washington Times" nəşri məlumat yayıb. İddia olunur ki, Demand Protest adlı şirkət Tramp əleyhinə aksiyalarda iştirak edən şəxslərə ayda 2,5 min dollar maaş vəd edir.

Məlumata görə, aksiyaya gələn şəxslərə 1 saatlıq iştiraka görə 50 dollar ödənilir.

Həmçinin qeyd olunur ki, bu vəsaiti alan şəxslər il ərzində ən azı 6 aksiyada iştirak etməlidirlər. ABŞ-ın seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti