Karlovun qətlinə görə 2 nəfər həbs edildi

Karlovun qətlinə görə 2 nəfər həbs edildi
  19 Yanvar 2017    Oxunub:1682
Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı 2 nəfər saxlanılıb.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan polis əməkdaşı Sercan Başar və iş adamı Enes Asım Silin FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinir.

Sercan Başarın rusiyalı diplomatı qətlə yetirən Mövlud Mərd Altıntaşla əlaqəsi olduğu müəyyənləşdirilib. Hər iki şəxsin Sincan həbsxanasına göndərildiyi bildirilir.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti