İstanbulda antiterror əməliyyatı - Tutulanlar var

İstanbulda antiterror əməliyyatı - Tutulanlar var
  19 Yanvar 2017    Oxunub:1849
Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun “Okmeydanı”nda DHKP-C terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər.
AzVision.az "Anadolu"ya istinadla bildirir ki, helikopterlə müşayiət olunan və xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat nəticəsində 5 nəfər saxlanılıb.

Təhlükəsizlik qüvvələri DHKP-C-nin Gənclik Federasiyasının ofisində apardıqları axtarış zamanı qruplaşmaya aid xeyli sənəd müsadirə ediblər.

Şübhəlilər saxlanılaraq müayinə üçün xəstəxanaya aparılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti