Məmmədyarov İƏT-in iclasında iştirak edir

Məmmədyarov İƏT-in iclasında iştirak edir
  19 Yanvar 2017    Oxunub:1460
Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
AzVision.az xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.

İclas Myanmadakı rohinya müsəlmanlarının probleminə həsr olunan görüşlə başlayıb. Görüş iştirakçıları Myanma hökumətini bu məsələni həll etməyə çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti