Səfirin qətlinə görə 6 polis həbs edildi

Səfirin qətlinə görə 6 polis həbs edildi
  20 Yanvar 2017    Oxunub:1739
Rusiyanın Ankaradakı mərhum səfiri Andrey Karlovun qətlinə görə saxlanılan 7 polis əməkdaşı barədə məhkəmə qərar çıxarıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə 6 polis həbs edilib, biri sə sərbəst buraxılıb.

Həbs edilən polis əməkdaşlarının sui-qəsdçi Mövlud Mərt Altıntaşla birlikdə FETÖ qruplaşması ilə təmasda olduğu məlum olub.

Səfirin qətli ilə əlaqədar istintaq davam edir. Yeni həbslərin olacağı istisna edilmir.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən ilin dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti