Qorbaçov məhkəməyə çağırıldı

Qorbaçov məhkəməyə çağırıldı
  20 Yanvar 2017    Oxunub:2178
Litva paytaxtı Vilnüsün dairə məhkəməsi keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova 1991-ci il yanvarın 13-də törədilən hadisə ilə bağlı çağırış təqdim edib.

AzVision.az Report-a istinadən xəbər verir ki, bu barədə hakim Aynora Korneliya Matsyaviçene məlumat verib.

Onun sözlərinə görə, çağırış poçt vasitəsilə Qorbaçov Fondunun ünvanına göndərilib.

Qeyd edək ki, 1991-ci il yanvarın 13-də gecə saatlarında sovet ordusunun hərbi texnikası Vilnüsün mərkəzinə yeridilmişdi. Nəticədə 14 nəfər ölmüş, 600-dən çox insan yaralanmışdı.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-20-nə keçən gecə sovet qoşunun Bakıda törətdiyi qırğınlar nəticəsində 133 nəfər şəhid olub, 744 nəfər isə yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti