SENSASİON SƏNƏD: Qarabağ münaqişəsini Qorbaçov yaradıb

SENSASİON SƏNƏD: Qarabağ münaqişəsini Qorbaçov yaradıb
  20 Yanvar 2017    Oxunub:11214
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) yarım əsrlik fəaliyyətinin nəticəsilə bağlı toplanan arxivləri açıqlayıb. 1940-1990-cı illəri əhatə dövrə aid 13 milyon sənəd internetdə yerləşdirilib. Açıqlanan arxivlərdə Vyetnam və Koreya savaşları, soyuq müharibənin gedişatı, vacib elmi araşdırmalar, hətta UNO-ların öyrənilməsilə bağlı materiallar var.

AzVision.az CİA-nın arxiv sənədlərində ölkəmizlə bağlı olan, bizim üçün maraq doğuran materialları hissə-hissə oxuculara təqdim edir:

CİA-nın 1988-ci hazırladığı (CIA-RDP91B00776R000600150001) “Qafqazda iğtişaşlar və millətçilik problemi” adlı sənəddə göstərilir ki, SSRİ-nin sabiq baş katibi Mixail Qorbaçovun yanlış siyasəti Dağlıq Qarabağ münaqişəsinin yaranmasına səbəb olub.



MKİ agentləri sənəddə vurğulayır ki, Qafqazda baş verən qarşıdurmalar millətlərarası düşmənçiliyin yaranması ilə nəticələnib və Moskvanın ermənilərin cəhdlərinin qarşısını almaması erməni millətçilərin radikallaşmasına səbəb olub.

Qeyd olunub ki, vətəndaş itaətsizliyindən yaranan qarşıdurmalar etiraz təşkilatçılarının təsiri ilə artıb. Qorbaçov isə öz növbəsində ermənilərin aqressiv millətçilik cəhdlərinin boğmaq istəməyib. Qorbaçov, həmçinin rejimin erməni millətçilərinin cəhdlərini istiqamətləndirə biləcəyinə əmin olmayıb.

MKİ-nin məlumatına görə, Moskva hər iki tərəf üçün məqbul sayıla biləcək uzunmüddətli plan tapmağa çalışıb.



“Bu, yeni administrativ razılaşma olmalı idi. Razılaşmaya əsasən Dağlıq Qarabağ Ermənistana verilməyəcəkdi, lakin regiona Azərbaycanın tərkibində muxtariyyət verilməli idi. Ola bilsin ki, söhbət respublikalardan kənarda yaşayan milli qruplara genişləndirilmiş mədəni və iqtisadi hüquqların verilməsindən gedir”, - deyə sənəddə bildirilir.



Sənəddə vurğulanıb ki, planın detallarının hazırlanmasında Qorbaçovun əsas problemlərindən biri vaxt məsələsi olub. Vaxt bu planın SSRİ Mərkəzi Komitəsinin pleniumu tərəfindən təsdiqlənməsi və bəlkə də Ali Şura tərəfindən konstitusiya dəyişikliklərinin təsdiqlənməsi üçün lazım olub: "Tərəflərin hələ dinc vaxtlarda kompromisə getməməyi nəzərə alınsa, belə bir vaxtı tapmaq olduqca çətindir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti