Əli Həsənov məcburi köçkünlərin evlərinə baxdı

Əli Həsənov məcburi köçkünlərin evlərinə baxdı
  21 Avqust 2013    Oxunub:1427
Məcburi köçkünləri sosial şəraitinin daha da yaxşılaşdırılması üçün Gəncədə salınan şəhərcikdə tikilən binalarda işlər yekunlaşmaq üzrədir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işləri ilə maraqlanıb.

Komitə sədrinə məlumat verilib ki, şəhərcikdə 25 hektar ərazidə salınan 5 mərtəbəli 25 binanın tikintisində artıq son tamamlama işləri görülür. Kompleksdə yaşayış binaları ilə yanaşı 1200 yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, 500 yerlik mədəniyyət evi, musiqi məktəbi, həkim məntəqəsi, elektron ATS və digər sosial obyektlər də məcburi köçkünlərin istifadəsinə veriləcək.

Məlumata görə, tikintiyə aprel ayında başlanmasına baxmayaraq, artıq bütün binaların və sosial obyektlərin dam örtükləri vurulub, qapı, pəncərələr quraşdırılıb, su anbarları tikilib.

Binaların mənzillində əsaslı təmir yekunlaşıb. Kompleksdə 8 kilometrlik daxili yollarının yarıdan çoxu asfaltlanıb və əraziyə yeni qaz xətti çəkilib. Tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Əli Həsənov bildirib ki, yaşayış kompleksində 20-yə qədər tikinti şirkəti çalışır.

Komitə sədri tikintidə işləri vaxtında başa çatdırmaq ucun tapşırıq və tövsiyələrini verib. İnşaatçılar, məcburi köçkünlər üçün inşa olunan binalarda artıq tikinti işlərinin başa çatdığını və son tamamlama işlərinin aparıldığın vurğulayıblar.

Şəhərcik avqustun sonuna kimi istifadəyə veriləcək. (apa)


Teqlər:  





Xəbər lenti