Tramp and içdi - VİDEO (YENİLƏNİB)

 Tramp and içdi - VİDEO (YENİLƏNİB)
  21 Yanvar 2017    Oxunub:9662
ABŞ-ın 45-ci prezidenti Donald Tramp Konstitusiyaya və ölkəyə sədaqət andı içib.

Bundan sonra Kapitoli yüksəkliyində 21 artilleriya atəşi açılıb. Maykl Pens də ABŞ-ın 48-ci vitse prezidenti kimi and içib. Nyu-Yorkun senatoru Çak Şumer də mərasimdə çıxış edib.

Bu andan etirbarən Donald Trampın ABŞ-ın rəsmən prezidentidir.







***

ABŞ yeni seçilmiş Prezidenti Donald Trampın inaqurasiya mərasimi keçirilir.

Mərasimdən əvvəl Donald Tramp ilə Barak Obama arasında Ağ evdə görüş olub. Görüşdə Donald Trampın və Barak Obamanın xanımları da iştirak ediblər. Sonra Barak Obama və Donald Tramp birgə avtomobil karvanının müşayiəti ilə inauqurasiya mərasiminin keçirildiyi ABŞ konqresinə gəliblər.

Mərasimdə prezidentliyə namizə Hillari Klinton və onun həyat yoldaşı, sabiq Prezident Bill Klinton, həmçinin ABŞ-ın digər keçmiş prezidentləri, dövlət və hökumət nümayəndələri, konqresin üzvləri iştirak edirlər.

Andiçmə mərasimini təqdim etdiyimiz videoda canlı izləyə bilərsiniz:












***
(19:37)

ABŞ-ın yeni prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evə daxil olub.

Ağ evdə Tramp ailəsini Barak Obama və xanımı Mişel Obama qarşılayıb.

Qarşılanma mərasimində B.Obama D. Trampa “Sizi görmək çox xoşdur” deyə müraciət edib, təbriklərini çatdırıb.

***
(19:00)

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlayıb.

AzVision.az xəbər verir ki, andiçmə mərasiminə 200 milyon dollar vəsaitin xərcləndiyi bildirilir.

Bu dəqiqələrdə qonaqlar mərasimin keçirildiyi yerə gəlirlər. Andiçmə mərasiminin rəsmi hissəsi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti