AKP-nin binası və polis idarəsi atəşə tutuldu
Mərmi tam partlamadığı üçün binaya zərər vura bilməyib.
***
İstanbulda naməlum şəxslər polis idarəsinin binasını qumbaraatandan atəşə tutub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Vətən prospektində qeydə alınıb.
İlkin məlumata görə, insident nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə xeyli sayda polis cəlb edilib.
Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.
AzVision.az