16 məktəbli avtobusda yanaraq öldü - Yenilənib
Qeyd olunub ki, avtobusdan 36 yaralı çıxarılaraq müxtəlif xəstəxanalara yerləşdirilib. Avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar.
***
(10:11)
İtaliyada 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, yol qəzası yanvarın 20-də axşam Verona şəhərində qeydə alınıb.
Xilasetmə xidmətindən bildirilib ki, idarəetməni itirən avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb. Qəzada 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Qeyd olunub ki, ölənlərdən biri, avtobus sürücüsü Fransa vətəndaşıdır. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.
İlkin Nəcəfzadə
AzVision.az