Duma `Türk axını`nı ratifikasiya edib

Duma `Türk axını`nı ratifikasiya edib
  21 Yanvar 2017    Oxunub:1563
Rusiya Dövlət Duması “Türk axını” qaz boru kəməri (“Turkish Stream”) layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya edib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, layihə Türkiyə və Avropaya təbii qazın təhlükəsiz və tranzit riski olmadan nəql edilməsinə imkan yaradacaq.

Qeyd edək ki, layihə Rusiya büdcəsinə ildə 750 milyon ABŞ dolları xeyr verəcək.

Xatırladaq ki, Rusiya hökuməti ötən ilin sonu “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib və ratifikasiya üçün Dövlət Dumasına göndərib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti