Qambiyanın məğlub lideri ölkəni tərk etdi

Qambiyanın məğlub lideri ölkəni tərk etdi
  22 Yanvar 2017    Oxunub:1665
Qambiyanın seçkilərdə məğlubiyyətə uğramış prezidenti Yaya Camme ölkəni tərk edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezident tanınma nişanları olmayan təyyarə ilə naməlum istiqamətə uçub.

Camme seçkilərdə məğlubiyyətini etiraf etmir və postundan getmək istəmirdi. Bununla əlaqədar qonşu ölkələr Qambiyaya qoşun yeritməyə hazır olduqlarını bildirirdilər.

Cümə günü gecə Seneqal hərbçiləri Cammeni hakimiyyəti seçilmiş prezident Adam Barrouya təhvil verməyə məcbur etmək üçün əməliyyata başlayıb. Bu ərəfədə sabiq prezident bəyan edib ki, hakimiyyətdən könüllü şəkildə getməyi və səlahiyyətlərini yeni prezidentə verməyi qərara alıb .

Qeyd edək ki, Yaya Camme 1994-cü ildən prezident idi. O, dekabr ayında keçirilən seçkiləri uduzmuş və nəticələri etibarsız elan etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti