Kerri iti ilə Trampa qarşı `Qadınlar yürüşü`nə qatıldı

Kerri iti ilə Trampa qarşı `Qadınlar yürüşü`nə qatıldı
  22 Yanvar 2017    Oxunub:2922
Yanvarın 20-də ölkənin yeni prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyən ABŞ-ın sabiq dövlət katibi Con Kerri Vaşinqtonda dövlət başçısına qarşı keçirilən “Qadınlar yürüşü”nə qatılıb.

AzVision.az “Report”a istinadən xəbər verir ki, Amerikanın CBS telekanalı kütləvi nümayişi canlı yayımlayıb.

Con Kerri mitinqə Ben ləqəbli iti ilə gəlib. Tezliklə nümayişçilər onu əhatəyə alıblar. Sabiq dövlət katibi başına toplaşanları salamlayıb və onlarla əl sıxaraq minnətdarlıq bildirib. Bununla belə, bəziləri onu “hərbi cinayətkar” adlandırıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti