Astana görüşü 24 saat çəkəcək - XİN məlumat yaydı

Astana görüşü 24 saat çəkəcək - XİN məlumat yaydı
  22 Yanvar 2017    Oxunub:2536
Qazaxıstanın Xarici İşlər Nazirliyi Suriya danışıqlarına dair məlumat yayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, XİN-in məlumatında Astana danışıqlarının 24 saat davam edəcəyi bildirilib.

Qeyd olunub ki, görüş mətbuat üçün qapı olacaq. Məlumata görə, Astana görüşü yanvarın 23-də yerli vaxtla saat 13.00-da başlayacaq, yanvarın 24-də eyni saatda başa çatacaq. Görüş Astanadakı "Rixos Prezident" otelində keçiriləcək.

Suriya müxalifətinin nümayəndələri danışıqlarda iştirak etmək üçün artıq Astanaya gəlib. Yaxın saatlarda Suriya hökumətinin nümayəndə heyətinin də Astanaya səfəri gözlənilir.

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanadadır. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti