Ərdoğanın Trampa deyiləsi sözü var

Ərdoğanın Trampa deyiləsi sözü var
  22 Yanvar 2017    Oxunub:2121
"Türkiyəni Yaxın Şərqdəki vəziyyət, o cümlədən Tramp administrasiyasının regionla bağlı mövqeyi maraqlandırır. Bu gün bölgə alov içərisindədir. Trampın Yaxın Şərqlə bağlı mövqeyi necə olacaq? Hazırda bəzi fikirləri bizə çatır. Doğrusu, bu fikirlər narahatlıq doğurur. Bütün bu məsələlər müzakirə edilməlidir".

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə prezidenti ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin prezidenti Donald Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək niyyətində olduğu bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə Yaxın Şərqdə dövlətlərin ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır və regionun xəritəsini dəyişmək yönündə səyləri dəstəkləmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti