ABŞ-da qasırğa 15 nəfərin həyatına son qoydu

ABŞ-da qasırğa 15 nəfərin həyatına son qoydu
  23 Yanvar 2017    Oxunub:2112
Yanvarın 22-də ABŞ-ın Corciya ştatında tüğyan edən qasırğa 15 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olub.

AzVision.az BBC-yə istinadla xəbər verir ki, əhaliyə ştat ərazisində qasırğanın olacağı barədə yanvarın 21-də xəbərdarlıq edilib. Qasırğa nəticəsində Corciya ştatında ölənlərin 7-si müvəqqəti sığınacaqlarda məskunlaşan insanlardır. Yanvarın 21-də isə qasırğa nəticəsində Missisipi ştatında dörd nəfər həlak olub.

Şiddətli qasırğanın sürətinin saatda 218 kilometr olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti