Eks-prezident 11 milyon pul oğurlayıb ölkədən qaçdı

Eks-prezident 11 milyon pul oğurlayıb ölkədən qaçdı
  23 Yanvar 2017    Oxunub:2885
Qambiyanın keçmiş prezidenti Yayya Camme ölkəni tərk edərkən 11,4 milyon dollar büdcə vəsaitini oğurlayaraq özü ilə aparıb.
AzVision.az "Frans-Press" agentliyinə istinadən xəbər verir ki, bunu yeni prezidentin müşaviri Mai Əhmad Fatti deyib. Onun sözlərinə görə, eks-prezident pullarla birgə bahalı avtomobilləri, Qambiyanın müxtəlif zinət əşyalarını Çaddan gələn yük təyyarəsi ilə aparıb: “Ölkədə ağır maliyyə vəziyyəti yaranıb. Xəzinə bomboşdur”.

O, qeyd edib ki, Camme ölkəni ötən həftənin şənbə günü tərk edib.

Qeyd edək ki, ölkədə keçirilən prezident seçkilərində məğlub olan Yayya Camme postundan getməyəcəyini bəyan etmişdi. Bundan sonra Qambiya parlamenti Cammenin səlahiyyətlərini uzatmışdı.

Lakin Seneqal hərbçilərinin Qambiyaya ordu yeridəcəklərini bəyan etdikdən sonra Camme 22 illik postundan könüllü imtina etdiyini və səlahiyyətlərini yeni prezidentə verəcəyini söyləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti