Astanada ilk iclas başa çatdı - Müxalifət ittiham edildi (Yenilənib)

Astanada ilk iclas başa çatdı - Müxalifət ittiham edildi (Yenilənib)
  23 Yanvar 2017    Oxunub:3153
Astanada Suriya nümayəndə heyəti ölkə müxalifətini təxribatçılıqda ittiham edib.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, Astanada keçirilən danışıqlarda rəsmi Dəməşqin nümayəndə heyətinə rəhbərlik edən Bəşər əl-Cəfəri ilk iclasın yekununlarını dəyərləndirərək, Suriya müxalifətinin nümayəndələri özünü təxribatçı kimi apardığını bildirib.

Onun sözlərinə görə, müxalif nümayəndə heyəti diplomatik qaydalara əməl etmir: "Nümayəndə heyətinin rəhbəri iclasa aidiyyəti olmayan çıxış etdi. O, çıxışında "Cəbhət ən-Nüsra" qruplaşmasının Ayn əl-Ficə və Vadi-Baradadakı hərbi cinayətlərini müdafiə etdi".

Qeyd edək ki, bu gün Astanada Suriya böhranının nizamlanması üzrə birinci iclas başa çatıb.

***
(12:00)

Bu gün Qazaxıstanın Astana şəhərində Suriya üzrə danışıqlar keçiriləcək.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Astana danışıqları 24 saat davam edəcək.

Məlumatda qeyd olunur ki, görüş mətbuat üçün qapı olacaq, Astana görüşü yanvarın 23-də başlayıb və yanvarın 24-də eyni saatda başa çatacaq. Görüş Astanadakı "Rixos Prezident" otelində keçirilir.

Suriya müxalifətinin nümayəndələri və Suriya hökumətinin nümayəndə heyəti Astanaya gəlib.

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanadadır. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyib, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti